QUDUZ İTƏ DÖNMƏK

çox hirslənmək, hər kəsə hücum etmək, hər kəsi rahatsız etmək.

QUDURASAN, QURBAĞA
QUL VURDU, ÖZÜN ÖLDÜRDÜ, AĞAYA ZİYAN ELƏDİ
OBASTAN VİKİ
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.